Tramp üçün "İMPİÇMENT ZƏNGİ" çalınır

Baxış sayı:
295

 
ABŞ prezidenti Donald Trump-a qarşı açılmış impiçment prosesinin ictimai dinləmələrinin gələn həftə başlayacağı bildirilib.

"Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi rəhbəri, Adam Schiff öz Twitter hesabından etdiyi paylaşımda “Nümayəndələr Palatası Kəşfiyyat Komitəsi impiçment istintaqı çərçivəsində ilk ictimai dinləməni gələn həftə başladacaq”,deyə bildirib.
ABŞ-ın 2006-2009-cu illərdə Kiyev səfiri olmuş Vilyam Teylor və xarici işlər rəsmisi George Kentin 13 noyabrda açıq dinləmələrdə ifadə verəcəyini xəbər verən Schiff, may ayına qədər ABŞ-ın Kiyev səfiri vəzifəsini icra edən Marı Yovanoviçin 15 noyabrda ifadə verəcəyini ”, bildirdi.
ABŞ Prezidenti Trampın, iyul ayında Zelensky ilə telefonla danışdığı iddia edilib, rəqibi Joe Biden və ailəsinin haqqında araşdırılma başlayarsa  ABŞ-ın Ukraynaya kömək edəcəyi məlum olub.
Tramp isə Zelensky ilə görüşünün tamamilə prosessual olduğunu müdafiə etmişdi, lakin telefon danışığından əvvəl Ukraynaya 400 milyon dollarlıq hərbi və maddi yardımın dayandırıldığını bildirilmişdi.
Muxalifet.az