​Tramp təkzib etdi: TAMAMİLƏ YALANDIR

Baxış sayı:
4268

ABŞ Prezidenti Donald Tramp Ağ Evlə bağlı qalmaqallı kitabın müəllifini böhtan atmaqda günahlandırıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Tramp jurnalist Maykl Vulfun müəllifi olduğu “Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabı barədə Tvitter hesabında xoşagəlməz sözlər yazıb:
"Mən yalançı kitabın müəllifinə Ağ Evə girişi bağlamışam. Bu kitab üçün mən onunla heç vaxt danışmamışam. Kitab tamamilə yalanlarla, təhriflərlə və mövcud olmayan mənbələrlə doludur".
Qeyd edək ki, Tramp Maykl Vulfa və nəşriyyata kitabın nəşri və yayılmasının dayandırılmasını tələb edən məktub göndərib.