​Tramp tarixi dialoqdan danışdı: Bu telefon zəngi...

Baxış sayı:
857

ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, tərəflər ötən gün Pxenyan və Seul arasında yaradılan tarixi telefon əlaqəsini müzakirə ediblər.
Ağ Ev rəhbəri ümid edib ki, bu telefon danışığının müsbət nəticəsi olacaq.
Koreya lideri də öz növbəsində deyib ki, Şimali Koreya böhranının həlli istiqamətində rəsmi Vaşinqtonla sıx məsləhətləşmələr aparacaq.
Qeyd edək ki, ötən gün Şimali Koreya ilə Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub.