Tramp Suriyadan tam çıxmağı düşünmür
21-10-2019 11:15
Baxış sayı:
19309
Muxalifet.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp bir neçə yüz ABŞ əsgərini Şimalı Suriyada saxlamaq niyyətindədir. Bu haqda The New York Times qəzeti yazıb.
Qeyd olunur ki, söhbət ABŞ-ın 200-ə qədər xüsusi təyinatlı əsgərindən gedir. Bu siyahıya “İŞİD” terrorçu təşkilatı ilə döyüş təcrübəsi olanlar şamil olunur. Amerikalıların məqsədinə həmçinin Rusiya və Suriya hərbi qüvvələrinin “neft ərazilərinə” doğru irəliləmələrinə və bu əraziləri nəazrətə götürmələrinə mane olmaq da daxildir.
İddia olunan dislokasiya nöqtəsinin İraqla sərhədə yaxın ərazilər olacağı güman olunur. Trampın Suriyadan qoşunları çıxarmaq qərarı sərt tənqidlə qarşılaşdıqdan sonra bu seçim barədə düşündüyü vurğulanır.