Tramp Səudiyyə Ərəbistanına həqarət etdi

Baxış sayı:
3427

ABŞ prezidenti Donald Tramp, ölkəsini millətlər üstü görməyə davam edir. Bu dəfə Trampın hədəfində Səudiyyə Ərəbistanının kralı Salman vardı.
 
Tramp, Virciniyadakı nümayişdəki çıxışında Səudiyyə Ərəbistanı başda olmaqla, zəngin ölkələri, ölkəsini təhdid edən hücumlara qarşı qorumağa çağırıb.
 
“BİZ OLMASAQ BAŞINIZA KİM BİLİR NƏLƏR GƏLƏR”
 
Son dövrlərdə yaxşı əlaqələrin olduğu Səudiyyə Ərəbistanı və ABŞ arasında münasibətlər pul məsələlərindən dolayı pozulmaq üzrədir. ABŞ prezidentinin çıxışında Səudiyyə Ərəbistanını birbaşa hədəf götürüb və kral Salman ilə telefonda uzun-uzadı danışdıqlarını deyib.
Tramp, bir tərəfdən Səudiyyə Ərəbistanını çox sevdiyini və münasibətlərinin yaxşı olduğunu bildirib, digər tərəfdən isə "Kral, trilyonlarla dolların var və bizdən heç kim nə olacağını bilmirik. Hər hansı bir hücum olduğu təqdirdə biz olmasaq təyyarəni belə qoruya bilməzsən" deyərək Səudiyyə Ərəbistanını alçaldıb.
Tramp, Səudiyyə Ərəbistanını daha çox müdafiə üçün xərcləməyə çağırıb.
 
BİZƏ PUL ÖDƏMƏK MƏCBURİYYƏTİNDƏDİRLƏR
 
Zəngin ölkələrin ordularını qoruduğunu, ancaq qarşılığında heç bir şey almadığını sözlərinə əlavə edən Tramp, "Bizə pul ödəmək məcburiyyətindəsiniz" kimi aşağılayıcı sözlərlə Cənubi Koreya və Səudiyyə Ərəbistanı kimi iqtisadiyyatı güclü ölkələrlə istehza edib.
Qeyd edək ki, vəliəhd şahzadə Muhəmməd bin Salmanın Nyu-York ziyarətində, Yaponiyanın Softbank-ı ilə keçirdiyi görüşdən sonra bəyan edilən və 200 milyard dollar investisiya tələb edən 200 gigavatlık dünyanın ən böyük günəş enerjisi layihəsinin Səudiyyə Ərəbistanı tərəfindən rəfə qaldırıldığı açıqlanıb.
Müxalifət.az