Tramp seçkidə çətin vəziyyətdə qala bilər - BAYDEN ONU 5 FAİZ QABAQLAYIR....

Baxış sayı:
1111

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd, keçmiş vitse-prezident Co Bayden rəqibini, respublikaçıların namizədi, hazırkı prezident Donald Trampı 5 faiz qabaqlayır.

CNN telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, ölkə üzrə qeydə alınmış seçicilərin 51 fazi Baydeni dəstəkləyir. Trampın tərəfini 46 faiz seçici tutub.

Buna baxmayaraq, Trampın ABŞ-ın əsas və ən “mübahisəli” ştatlarında qələbə qazanmaq üçün böyük şansa sahib olduğu göstərilib.

Donald Tramp

Statistikaya görə, keçmiş vitse-prezident qadınlar, qaradərililər və 45 yaşdan yuxarı sakinlər arasında daha populyardır. Hazırkı prezident isə ABŞ-ın orta gəlirli vətəndaşları və gəncləri arasında populyardır.

Bundan əlavə, respondentlərin əksəriyyəti Trampın iqtisadi islahatlarını rəqibindən daha yüksək qiymətləndirirlər (54 faiz - Tramp, 42 faiz - Bayden). Lakin demokrat (51 faiz - Bayden, 45 faiz - Tramp) səhiyyə və koronavirusla mübarizə məsələsində irəli sürdüyü siyasətlə Ağ Evin liderini geridə qoyub.

Co Bayden

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 3 noyabrda baş tutacaq. Birləşmiş Ştatların vətəndaşları 46-cı prezidenti seçəcəklər./Report