Tramp iki ölkə liderini təhqir etdi: AXMAQLAR

Baxış sayı:
1144

Özünü qalmaqallarla gündəmdə saxlamağa çalışan ABŞ prezidenti Donald Tramp, Twitter hesabından iki ölkənin liderini təhqir edib.
 
Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlikdən 2 il keçəndən sonra nəhayət ki, iki lider arasında görüş keçirilib.
“Yonhap” agentliyinin xəbərinə görə, iki Koreya arasındakı yarım saatlıq zaman fərqi səbəbindən Cənubdan başlanılan zənglərə hələ ki, iş vaxtı başlamadığı üçün Şimaldan cavab gəlməyib.
İki ölkə arasındakı gərgin münasibətlərə nisbətən yumşaqlıq gətirilməsi ilə bağlı ABŞ prezidenti Donald Tramp da, Twitter hesabında yazıb.
“Əgər mən edə biləcəklərimizlə əlaqədar “bacarıqsız” rəsmilərin hamısı ilə Şimali Koreyaya qarşı sərt, güclü və qərarlı olmasaydım, Şimali və Cənubi Koreya arasında danışıqların və dialoqun davam edəcəyinə heç kəs inanmazdı. Axmaqlar, amma danışmaqları yaxşı bir şeydir".
Müxalifət.az