Tramp haqda kitab ABŞ-ı qarışdırdı:YAYILMADAN MƏHV ETMƏK İSTƏYİRLƏR

Baxış sayı:
4393

Trampın prezident seçkisindən sonra həyatını təsvir edən və 200-dən çox müsahibəyə əsaslandırılan kitab, daha satışa çıxmadan ABŞ-da böyük səs gətirib. Trampın vəkilləri, kitabın yayılmasını əngəlləməyə çalışır. Trampın keçmiş baş strateqi Stiv Bannon-un kitabdakı açıqlamaları Trampı qəzəbləndirib
 
ABŞ-da 9 yanvar günü satışa çıxması gözlənilən və ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi ilk ili təsvir edən edən kitabda yazalanlar indidən ajiotaja səbəb olub. Müəllif Maykl Wolfun imzası ilə dərc olunan kitab "Fire and Fury: Inside the Trump White House" (Atəş və Qəzəb: Trampın Ağ Sarayında” başlığını daşıyır. Kitabda yer alan və Amerika mətbuatına sızan iddialar isə indidən mübahisə yaradıb. Trampın vəkilləri də kitabın bazara çıxmasını əngəlləmək üçün hərəkətə keçib. Müəllif Wolf və yayımcıya göndərilən rəsmi məktubda kitabın nəşrinin təcili olaraq dayandırılması tələb olunub.
 
Bannon hədəfdə
 
Kitabda yazılanların ortaya çıxmasından sonra isə gözlər ilk olaraq Trampın keçmiş baş strateqi Stiv Bannona çevrilib. İngilis "The Guardian" qəzetində çıxan bir fraqmentə görə, Bannon, Trampın oğlu Donald Tramp Jr. və bir qrup Rus səlahiyyətli arasında 2016-ci ilin yayında Nyu-yorkdakı “Tramp Tower”-də keçirilən görüşü "xaincəsinə" və "vətənpərvər olmayan" sözləri ilə təqdim edib.
Bannonun bu sözlərindən sonra bir yazılı açıqlama verən prezident Tramp, "Stiv Bannonın mənimlə, ya da prezidentliyimlə heç bir əlaqəsi yoxdur. Qovulanda sadəcə işini itirmədi, ağlını da itirib" deyə, Bannonu təhqir edib. Bannonu Ağ Evdə vəzifədə olduğu dövrdə məlumat sızdırmaqla ittiham edən Tramp, "Özünü, mediaya olduğundan daha önəmli biri kimi göstərməyə çalışırdı" deyə, söyləyib. Bununla yanaşı, Trampın vəkillərinin Bannona qarşı hüquqi sanksiyanın tətbiq olunması üçün çalışdıqları vurğulanıb. Vəkillərə görə, Bannon, kitabın müəllifinə danışaraq məxfilik müqaviləsini pozub. Bannon əvvəlki gün məsələ ilə bağlı verdiyi bəyanatda, "O (Tramp), böyük bir adamdır. İçəri girərkən də, ayrılarkən də ona dəstəyim davam etdi" deyib.
 
 Gözləmirdi
 
Kitabda Trampın seçki prosesində yaşadıqları və şəxsi həyatı ilə bağlı yer alan məlumatlar ABŞ ictimaiyyətində böyük çaşqınlıq yaradıb. Kitab, Trampın 2016-cı il prezident seçkilərini heç vaxt qazanmağı gözləmədiyini və bir sıra qalmaqallı iddiaları da ehtiva edir. Kitaba görə, Tramp seçkini qazanmağı qətiyyən gözləmirdi və nəticələr qarşısında donub, qalıb: "Seçki gecəsi 20.00-dan sonra Trampın seçkini qazana biləcəyi xəbərindən sonra Donald Tramp Jr. bir dostuna atasının kabus görmüş kimi göründüyünü deyib. Melania (Tramp) isə göz yaşları içində idi və bunlar sevinc göz yaşı deyildi. Bir saatdan qısa müddətdə çaşqınlıq içində olan Tramp əvvəl inanmayan bir Trampa, sonra da dəhşətə düşmüş Trampa çevrildi. Ancaq son dəyişiklik sonra gəlməliydi. Birdən Tramp, prezident olmağı haqq etdiyinə və bunu edə biləcək gücdə olduğuna inanan bir insana çevrildi".
Müxalifət.az