Tramp əba altından zopa göstərincə, ƏRDOĞANDAN CAVABINI ALIB - İLGİNC DİALOQ

Baxış sayı:
3607

Brüsseldəki NATO Sammitindən sonra Ərdoğanla Tramp arasında maraqlı bir telefon danışığı baş tutub.
 
Belə ki, telefon danışığında Ərdoğan yenə də, "Feto" məsələsini qaldırıb və buna Tramp bir ciddi təpki verməyib. Sanki bu məqamı ilk dəfə eşidir kimi özünü aparıb. Hansı ki, söhbətin Gətullah Güllərdən bəhs edildiyini bilməmiş deyildi, amma yenə də işin ciddiliyini anlamamış kimi davranmağa davam edirdi. Və buna cavab olaraq Tramp, sözü tez-tez (ən az 6 dəfə) Türkiyədə həbs olunan keşiş-casus Brunson məsələsinə gətirir və "Adam sərbəst buraxılmalıdır" deyir. Hətta bununla da kifayətlənmir, "Keşiş Brunson sərbəst buraxılmazsa, bütün Xristian dünyasını qarşınıza alarsınız" deyə əba altından zopa göstərir. Təbii ki, Trampın bu zopası cavabsız qalmır. "Cənab prezident, sizin də, mənim də sevənlərimiz var, amma sevməyənlərimiz də var" deyərək, dolayısı ilə Ərdoğan Trampın zopasına zopa ilə cavab verir.
 Müxalifət.az