Tramp Ağ Evdə “əcinnə ovu”na çıxıb: MKİ-DƏN EKSPERTLƏR GƏTİRDİB

Baxış sayı:
2977

Prezident Tramp özü haqqında son xəbərləri yayanı "vətən xainliyi” ilə günahlandırıb, mütləq onun tapılıb, işdən atılmasını istəyincə, Ağ Evdə bir rəsmi, bir də qeyri rəsmi istintaq başlayıb.

Serdar Turgut - Habertürk
 
Rəsmi istintaqı özəl qələm müdiri Con Kelli yürüdür. Ancaq Bob Vudvordun kitabında onun da Tramp üçün "axmaq" dediyi bildirilmişdi. O bunu rədd edib, amma Trampın ondan da şübhələndiyi deyilir.
Qeyri rəsmi istintaqda isə konstitusiyaya zidd olaraq, bəzi şübhəlilərin MKİ-dən gətiriləcək casusluq mütəxəssisləri tərəfindən sorğu-sual olunması güman edilir. Əslində özü haqqında şayiələri yayanlar siyahısına Trampın, MKİ sədri Gina Haspelin də adını qoyduğu vurğulanır. Haspel hər cür ittihamı rədd edib, amma prezidentin şübhəsi davam edir.
İndi Haspel bəzi yalan detektoru maşınları ilə ən yaxşı mütəxəssislərini şübhəliləri mühakimə etməsi üçün göndərmək məcburiyyətində qala bilər. Bu mütəxəssislərin vəzifəsi Amerikada yaxalanan casusları sorgulmaqdır.
Normal zamanlarda olsaydı indi bu edilmək istənən iş həm konstitusiyaya zidd, həm də böyük bir qalmaqal olardı, lakin ABŞ Tramp dövründə artıq belə şeylərə çoxdan vərdiş edib.
 
12 NƏFƏRLİK SİYAHI
 
Trampın ən çox şüphələndiyi insanlardan ibarət 12 nəfərlik bir siyahı hazırladığı deyilir.
Bu siyahıda daha çox alt səviyyədəki Ağ Ev şəxslərinin olduğu bildirilir.
Ancaq Tramp, aşağı səviyyədə də olsa, "Bunlar milli təhlükəsizlik haqqındakı gizli toplantılara qatılır, buna görə, xaindirlər, dərhal tapılmalıdırlar" deyir.
Trampın ayıca özünə qarşı olduğunu bildiyi milli kəşfiyyat direktoru Dan Coatsdan da çox şüphələndiyi danışılır Vaşinqtonda.
 
 ONLAR NECƏ SORĞU-SUAL OLUNACAQ, BƏLLİ DEYİL
 
Ancaq yalan maşınınaa bağlanarsa, MKİ-nin onu sorğulaya biləcəyi də şübhəlidir, çünki bu cür insanlar maşına bağlandıqda yalanı gizlətmək və reaksiya verməmək məsələsində yenə MKİ tərəfindən təlim edilmişlər. Eyni problem MKİ başqanı Gina Haspel baxımından da var təbii ki.
Anlaşılan odur ki, Ağ Evdə, xüsusi qələm müdiri Con Kellinin dediyi kimi, tam bir səs-küy hakimdir.
 
TÜRKİYƏYƏ YENƏ SƏFİR GÖNDƏRİLMƏDİ
 
Vaşinqtonda bir müddətdir Türkiyəyə səfir Devid Sadderfieldin təyin olunacağı şayiəsi yayılırdı. Hətta ona Türkiyə ilə bağlı bəzi kəşfiyyat hesabatları da göndərilməyə başlamışdı. Ancaq onun ABŞ-ın yeni Misir səfiri olacağı xəbəri sızanda Türkiyədəki səfir kreslosunun yenə boş qalma ehtimalı ortaya çıxdı.
Hazırladı: Müxalifət.az