​Tovuzda avtomobil dərəyə aşdı, yaralananlar var

Baxış sayı:
5527

Tovuz rayonunda avtomobil dərəyə düşüb, yaralılar var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kirən kəndi ərazisində baş verib.
Belə ki, “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə bir neçə nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.