​Tovuzda 3 yaşlı uşaq dərmandan ölüb

Baxış sayı:
5138

Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
 
Muxalifət.az xəbər verir ki, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır halda xəstəxanaya aparılıb.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın dərmandan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)