Tələbə qız atasının məzar başında intihar edibmiş - GƏNCƏDƏ ŞOK HADİSƏ / YENİLƏNİB

Bir neçə gün öncə Gəncə şəhərində intihar edən 21 yaşlı Nüşabə Məmmədovanın ölümünün bəzi təfərrüatları məlum olub.
Muxalifet.az teleqraf.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin tələbəsi olan qız atasının məzarını ziyarət edib.
Orada sirkə turşusu içən Nüşabə Məmmədova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Xatırladaq ki, 2004-cü il təvəllüdlü N.Məmmədova Gəncə şəhərində martın 26-da sirkə turşu içib. O, rayon xəstəxalarından birinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. Bildirilib ki, o, 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib. Nüşabə Məmmədova Gəncə Dövlət Universitetində təhsil alırmış.
***11:13
Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə martın 26-da sirkə turşusu içib.
Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.
Faktla bağlı araşdırma aparılır.