Təlaşa qapılan PKK tayfaları təhdid edir!

Baxış sayı:
3673

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyənin Fəratın şərqinə qarşı əməliyyat keçirməsi dəqiqləşəndən sonra bölgədəki terrorçuları sakitləşdirmək üçün Suriyanın şimalına gəlib. Digər tərəfdən, təlaşa qapılan PKK da bölgədəki tayfaları onlara dəstək vermədikləri təqdirdə sahib olduqları hər şeyə əl qoyulacağı istiqamətində təhdid edir.
 
ABŞ-ın keçmiş Ankara səfiri Ceyms Cefri Hasəkədə terror təşkilatının başçıları ilə görüş keçirib. PKK-lıların Cefri-yə "Türkiyə bizə hücum edərsə, İŞİD-la mübarizəmiz dayanacaq" - dediyi öyrənilib. Təmaslarını davam etdirəcək Cefri-nin bir müddət bölgədə qalacağı bildirilir. ABŞ-ın xüsusi nümayəndəsi ilə iclaslardan sonra Suriya PKK-sının sözçülərindən Nuru Mahmudun terrorçulara ürək-dirək vermək üçün "Hücum olsa, qarşılıq verəcəyik. Bütün qüvvələrimiz inqilaba inanır" deməsi diqqət çəkib.
 
Pentaqon sözçüsü: Əndişəvericidir
 
Türkiyənin hərəkatına dair ABŞ-dan ilk reaksiya, PKK-nı quru qüvvəsi kimi istifadə edən Pentaqondan gəlib. Pentaqon sözçüsü Sean Robertson Fəratın şərqinə qarşı əməliyyatı "əndişəverici” olaraq xarakterizə edib. "Türkiyənin hərəkatı regiondakı ABŞ əsgərlərini təhlükəyə atır" - deyib.
Müxalifət.az