Tixanovskaya Lukaşenkoya vəd etdi - TƏHLÜKƏSİZLİK ZƏMANƏTİ VƏ...

Baxış sayı:
2572

Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya hazırkı Prezident Aleksandr Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacağını bildirib.

Tixanovskaya bu barədə “LB.ua” informasiya portalına açıqlama verib.

“Əlbəttə, insani olaraq dinc yolla ayrılırsa, belə bir ehtimal var. Hətta əminlik də demək olar. Şəxsən mən bütün insanların əvəzinə danışmalıyam. Bu məsələdə bütün insanların fikri nəzərə alınacaq”,- Tixanovskaya qeyd edib.

Lukaşenkoya təhlükəsizlik zəmanətinin verilib-verilməyəcəyinə dair dəqiqləşdirici suala isə Tixanovskaya “Bəli. Hətta daha da çoxu”,- deyə cavab verib.

Xatırladaq ki, 9 avqustda keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan Belarus müxalifətinin nümayəndələri hakimiyyətin ötürülməsinin təşkili məqsədilə Koordinasiya Şurası yaratmışdılar.