​Təhlükə haqqında XƏBƏRDARLIQ: Rusiya təyyarələri vura bilər

Baxış sayı:
2314

“Rusiya ilhaq edilmiş Krımı hərbi bazaya çevirmək üçün yarımadaya hərbi texnika cəmləyir”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov ХІ təhlükəsizlik üzrə forumda bildirib.
Onun sözlərinə görə, Rusiya yalnız yarımadada mövcudluğunu qorumağa hazırlaşmır.
“Yarımadada S-400 zenit-raket kompleksinin güclü raket sistemləri yerləşdirilib. Onlar ölkəmizin istənilən nöqtəsində təyyarələri vura bilər. Bu onu göstərir ki, Rusiya yalnız müdafiə olunmaq üçün Krımda güclü hərbi potensialı hazırlamır”, - o deyib.
Onun məlumatlarına görə, Krımda 30 minə qədər Rusiya hərbçisi cəmlənib: “Krımda çox güclü hərbi potensial cəmləşdirilib. 22-ci ordu korpusu Qara dəniz donanması və Rusiyanın hava güclərinin bölmələrində 30 mindən çox hərbçi var”.