"Terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək" - BƏŞƏR ƏSƏD ƏRDOĞANA TƏKLİF ETDİ

Baxış sayı:
5461

Suriya hökuməti rəsmi Ankara ilə danışıqlara hazır olduğunu açıqlayıb.

Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnformasiya Nazirliyinin məsləhətçisi Bəssam əbu Abdullah açıqlama verib.

O, Suriya hökumətinin danışıqlar üçün rəsmi Ankaraya iki təklifinin olduğunu bildirib:

“Birincisi, terrorizmə son qoyaq, suriyalıların geri qayıtmasını təmin edək. İkincisi, İdlib məsələsini həll edək, PKK/PYD-yə qarşı birgə mübarizə aparaq”.

Əbu Abdullah Suriya ordusunun Türkiyəyə qarşı döyüşmədiyini bildirib, terrorizmə qarşı mübarizə apardığını deyib.

Türk mediası onun Suriya Prezdenti Bəşər Əsədin adına açıqlama verdiyini bildirib.