Terrorçular Suriyadan evlərinə - Avropaya qayıdırlar: Uğurlar sənə Avropa

Baxış sayı:
12500

Türkiyə dünəndən başlayaraq İŞİD terrorçularını ölkədən çıxarmağa başlayıb. Ələ keçirilən hər bir terrorçu sorğu-sual edildikdən sonra öz ölkəsinə göndərilir. Məlum olduğu kimi, terrorçuların vətənlərinə qaytarılması Avropa ölkələrini çox narahat edir. Muxalifet.az bu barədə "Sabah" nəşrinə istinadla xəbər verir. Bu ölkələr zamanında terror təşklatlarına qoşulmuş vətəndaşlarını ölkədən buraxıb, sonra da axtarmayıblar. Ümid ediblər ki, onlar Suriyada öldürüləcək. Bununla belə utanmadan Türkiyəni ittiham edirlər. Belə görüntü yaranıb ki, Türkiyə Suriyaya bu zərərli elementlərin tranzitini təşkil edir. Halbuki, məlumdur ki, Türkiyə buna mane olmağa çalışıb. Bu ölkələr isə edilən xəbərdarlıqlara kar və kor olublar. Məsələn, Belçika hökuməti Türkiyə tərəfindən dəfələrlə xəbərdar edildiyinə baxmayaraq, heç bir tədbir görməyib. Avropa ölkələri inadkarlıqla bu adamlar barədə Türkiyə tərəfinə kəşfiyyat məlumatları verməkdən boyun qaçırıb, görünür ki, bu şəxslərin qaytarılmalarını istəməyiblər. Sadəcə olaraq Avropa canını bu terrorçulardan qurtarmaq istəyib. İstəyib ki, bu adamlar ya Türkiyədə qalıb burada öz əməlləri ilə Türkiyəyə ziyan vursunlar ya da Suriyada ölsünlər. İş burasındadır ki, hər şey başqa cür alındı. Geri qayıdan terrorçuların ev sahibi ölkələrinə Almaniya, Fransa, Belçika başçılıq edir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu buna dair bəyanat verib. Bəyanatda deyilir ki, “Türkiyə terrorçular üçün otel deyil. Qoy hamı bizə yolladığı terrorçular ilə özü məşğul olsun. Bizim borcumuz onları təyyarənin trapına kimi yola salmaqdır. Qalanı - bu ölkələrin işidir”. İndi yəqin ki, bu ölkələr hay-küy salıb Türkiyəni ləkələməyə çalışacaqlar. Lakin nə desələr bizim üçün mənasızdır. Muxalifet.az