Terrorçubaşının Amerikalı şəxsi tibbi XİDMƏTÇİSİ ÖLDÜRÜLDÜ

Baxış sayı:
3034

Tibb fakultəsində oxuyarkən PKK-ya qatılan Amerikalı Alina Sançezin, PKK-nın rəhbərlərindən olan Duran Qalxana xüsusi tibb xidməti göstərmək üçün tapşırıq verildiyi ortaya çıxıb.
 
Afrin əməliyyatında ölü ələ keçirilən Legerin Çiya kod adlı Amerikalı Alina Sançezin, Qəndildəki PKK düşərgələrindən Afrinə getdiyi müəyyən olunub. Aparılan tədqiqatda, Alina Sançezin, ölkəsində tibb fakültəsində oxuyarkən, 2011-ci ildə Şimali İraqa gəldiyi və terror təşkilatı PKK-ya qoşulduğu müəyyən edilib.


 
TİBB OXUYARKƏN PKK-ya QOŞULUB
 
Tibbi təhsilinə görə, burada terrorçulara səhiyyə xidməti verən Sançezin, xüsusilə təşkilatın başçılarından olan Avereş kod adlı Mustafa Qarası və Abbas kod adlı Duran Qalxana xüsusi tibb xidməti göstərmək üçün göndərildiyi bəlli olub. Alina Sançezin daha sonra Suriyadakı PYD/ YPG-yə göndərildiyi və “Zeytun Budağı” Hərəkatı zamanı da öldürüldüyü müəyyənləşdirilib.
Müxalifət.az