Terror təşkilatı PKK-nı "MASKALAMA" LAYİHƏSİ

Baxış sayı:
4864

Türkiyənin Suriyada hərbi güc kimi meydançada və diplomatik olaraq masada olduğunu görən terror təşkilatı PKK və havadarları, terrorçu fəaliyyətləri "layihə təşkilatları" maskalamağa çalışır.
 
Terror təşkilatı imicindən xilas olmaq üçün ABŞ rəsmiləri tərəfindən daha əvvəl Suriya Demokratik Qüvvələri (SDG) adı altında terror təşkilatı PKK-nın əsasını təşkil etdiyi süni bir qurum meydana gətirildi. Türkiyənin təzyiqlərini azaltmağa yönəlmiş bu taktiki addıma baxmayaraq ABŞ uğurlu olmadı.
Bu istiqamətdə yeni bir addım kimi ABŞ-ın göstərişilə “Suriyanın Gələcəyi” adı ilə bir partiya, 27 martda Raqqa Stadionunda keçirilən konqresdən sonra yaradılıb.
Bu qurultaydan əvvəl ABŞ Xarici İşlər, kəşfiyyat və hərbi rəsmilərinin YPG/PYD ilə yeni bir partiya yaradılmasına yönəlik bir neçə toplantı keçirdiyi müəyyənləşdirilib.
“Suriyanın Gələcəyi” adlı partiyanın istifadə etdiyi loqosunda və konqres zamanı terror təşkilatı PKK-nın terrorçubaşı Öcalan və təşkilati rəmzlərə yer verilməsə də, proqram və terror təşkilatının münasibətində əsil niyyətləri ortaya qoyulub. Siyasi, ictimai, iqtisadi, qanunvericilik, mətbuat, təhsil, mədəniyyət, ekoloji müdafiə, mədəniyyət, müdafiə və daxili təhlükəsizlik və xarici siyasət başlıqları altında 10 maddəlik partiya proqramı, terrorçubaşı Öcalanın sistemləşdirdiyi demokratik muxtariyyətin 9 qolu olduğu açıq şəkildə görülüb.
Diqqət çəkən məqamlardan biri də konqresdə istifadə edilən afişalarda "çox rəngli və mərkəzçi" şüarların istifadə edilməsi olub. Bu ifadələr, təşkilatın rejim ilə danışıqlara açıq olduğu və federasiya tələbindən imtina etdiyi şəklində şərh olunub. Türkcə abreviaturası SGP olan yeni partiyanın şüarı, "Demokratik, plüralist, adəmi mərkəzçi Suriya" olaraq açıqlanıb.
Partiya qurultayının keçirildiyi 27 martda, terror təşkilatının rəhbər şəxsləri Tel Abyadda keçirilən iclaslarda isə terror təşkilatı PKK/KCK-PYD-YPG-nin adının dəyişdirilməsi və dünya ictimaiyyətində terror təşkilatından ayrı və müstəqil olaraq hərəkət edildiyi rəyinin yaradılması qərara alınıb və terror təşkilatının başçısı Abdullah Öcalanın portretinin istifadə edilməsi qadağan olunub.
 
Partiya rəhbərlərinin terror təşkilatı ilə əlaqələri
 
Partiyanın sədrliyinə vətəndaş müharibəsindən öncə Baas Partiyasının Menbiç təşkilatı üzvlərindən olan İbrahim Katfan gətirilib. Katfan, Münbiçin YPG/PYD tərəfindən işğal olunmasından sonra Menbiçin yerli məclis sədrliyini üzərinə götürmüşdü. Ərəb mənşəli Münbiçdə doğulan İbrahim Kaftan, Beyrutda bakalavr təhsili alıb.
Partiyanın baş katibliyinə isə 2016-ci ildə YPG/PYD-yə qoşulan və Cəzirə Kantonunun iqtisadiyyat komissiyasına sədrlik edən Hefrin Halaf seçilib. 81 nəfərdən ibarət icraiyyə kabinetində PYD/YPG-nin hakimiyyətində olmayan İdlib, Hələb və Afrin kimi bölgələrlə yanaşı, təşkilatın nəzarətində olan və ya fəaliyyət göstərdiyi Deyr əz Zor, Raqqa, Eyn əl Ərəb (Kobani), Tel Abyad, Menbiç və Şehbadan da nümayəndələr var.
 
ABŞ partiyanın bölgə quruluşunu təmsil etdiyi fikrindədr
 
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nayert, "Suriyanın Gələcəyi”nin yaradılması barədə "Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli  Suriyanın gələcəyi üçün siyasi danışıqlar prosesini nəzərdə tutan qərarına hörmət edən hər bir siyasi partiyanı razılıqla qarşıladıqları və Suriyadakı dəhşətli vəziyyətdən çıxışı, hərbi deyil, siyasi çözümdə görən bütün qrupları əlbəttə, dəstəkləyirik" şəklindəki açıqlamaları ilə ABŞ-ın terror təşkilatı PKK/KCK-nın başqa ad altında maskalama fəaliyyətlərinin arxasında olduğunu bildirib.
Nayert, ““Suriyanın Gələcəyi”, sizə görə PYD/YPG-nin bir hissəsidirmi"? sualına, yeni partiyanın çoxlu etnik tərkibdən ibarət olduğunu və o bölgənin quruluşunu təmsil etdiyini düşündüklərini dilə gətirib.
Müxalifət.az