Terror baronlarını qorxu bürüdü – ƏMƏLİYYAT AN MƏSƏLƏSİ

Baxış sayı:
5284

Əl Bab və Afrindəki terror təmizliyindən sonra növbə Fəratın şərqinə çatıb. Prezident Ərdoğanın, əli qanlı terror təşkilatı PKK-nı bölgədən çıxarıb, atacaq böyük əməliyyatın işarəsini verməsi terror baronlarını təlaşlandırdı. Terror təşkilatı PKK-nın terrorçubaşlarından Mustafa Karasu, PKK/YPG-ni xilas etmək üçün Qərb ölkələrindən kömək istəyib.
 
İstanbuldakı dördlü sammitlə Suriyanın taleyini həll etməkdə aparıcı rol oynayan Türkiyə, terror dəhlizinə son zərbə endirmək üçün hazırdır. Prezident Ərdoğan, "Yaxında hərtərəfli təsirli bir əməliyyatla, təşkilatın təpəsinə enəcəyik. Bir gecə qəflətən gələ bilərik" sözləri ilə, əməliyyatın an məsələsi olduğunu bildirib.
 
HƏDƏFDƏ TEL ABYAD VAR
 
Fəratın şərqinə keçiriləcək hərəkatın əsas hədəfinin Tel Abyad olacağı bildirilir. Əhalinin hamısının Ərəblərdən ibarət olmasına baxmayaraq, terror təşkilatı PKK-nın işğal etdiyi rayon, strateji əhəmiyyətə malikdir. Terror təşkilatının kantonlarının kəsisdiyi nöqtə olan Tel Abyad-ın təmizlənməsi, Suriyanın şimalındakı terror dəhlizi layihəsinin ürəyinə xəncər vurulmuş olacaq.
 
TERROR BARONLARINI QORXU BÜRÜDÜ
 
TSQ-nin Fəratın şərqində böyük əməliyyat üçün düyməyə basması, terror təşkilatını təlaşlandırıb. PKK-nın Qəndildəki liderlərindən olan Mustafa Karasu, terror təşkilatı PKK/YPG-ni xilas etmək üçün Qərb ölkələrindən yardım istəyib. İstanbul sammitinə qatılan liderlərə müraciət edən Karasu, "Əlimizdəki torpaqları itirmək təhlükəmiz var. Türkiyəyə dəstək verməyin" deyib.
Müxalifət.az