Ter-Petrosyan dindirilməyə çağırılır - 1 mart qırğınlarıyla əlaqədar

Baxış sayı:
5584

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1 mart qırğınlarıyla əlaqədar dindiriləcək .Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan deyib. O, həmçinin, Serj Sərkisyanın hələlik dindirilmədiyini bildirib.

Qeyd edək ki, indiyə qədər 1 mart qırğınlarıyla bağlı eks-prezident Robert Köçəryan və keçmiş Baş nazir Ovik Abramyan dindirilib.