Tbilisidə İrəvan xanlığı haqqında kitabın təqdimatı

Baxış sayı:
2362

Cümə günü Tbilisidə Gürcüstan Milli Muzeyində Gürcüstan tarixçisi, professor Eldar Nadirzadənin "İrəvan xanlığı" adlı monoqrafiyasının təqdimatı keçirilib.
Muxalifet.az bu barədə Gürcüstan KİV-lərinə istinadla bildirir. Məlumata görə, Nadirzadə kitab üzərində işin 3 il davam etdiyini bildirib. Kitabda xanlığın siyasi həyatı, hökmdarları, qonşularla münasibətləri, milli tərkibi və s. haqqında danışılıb.
Monoqrafiyada xanlığın Rusiya tərəfindən ələ keçirilməsi və sonradan milli tərkibinin dəyişdirilməsi mərhələsi tədqiq edilib.
Qeyd edək ki, İrəvan xanlığı 18-19-cu əsrlərdə Rusiyanın Cənubi Qafqazda ilhaq etdiyi Azərbaycan-türk xanlıqlarından biridir.
Sonradan bu torpaqlara İran və Osmanlı İmperiyasından 100 mindən çox erməni köçürülüb.


Muxalifet.az