​Tanzaniyada qumbara məktəblilərin əlində partladı: Altı ölü

Tanzaniyada əl qumbarası ilə oynayan uşaqlar təsadüfən onu işə salıblar.
Muxalifet.az-ın BBC News-a istinadən məlumatına görə, insident ölkənin şimal-qərbində Kaqera vilayətində yerləşən orta məktəbdə baş verib.
Partlayış nəticəsində üç uşaq hadisə yerində, daha üç uşaq isə xəstəxanada dünyasını dəyişib. Daha 25 məktəbli isə xəsarət alıb.