Sürücülük vəsiqəsi ilə bağlı yeniliklər - Kimlərdən "B1" kateqoriyası tələb olunacaq?

Baxış sayı:
7813

Nazirlər Kabinetinin sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə etdiyi  dəyişikliklər bu ildən qüvvəyə minir.

Dəyişikliyə əsasən bu ildən kvadrosikl nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslərin "B1" kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.  Digər dəyişikiliyə əsasən  avtobus idarə etmək istəyən sürücülər isə birdəfəlik "D" kateqoriyalı sürücülük vəsiqəsi ala və ya "D1" kateqoriyası alıb kiçiktutumlu avtobus da sürə bilərlər. Dəyişikliklərdə məqsəd  Azərbaycanda sürücülük vəsiqələrini Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır.