​Suriyadan Trampa sərt İran ittihamı: Dağıdıcı...

Baxış sayı:
2370

Suriya olaraq, ABŞ-ın və bəzi təşkilatların İrandakı hadisələrlə bağlı mövqeyini qınayırıq.
Muxalifet.az xəbər verir ki, bu sözlər Suriya Xarici İşlər Nazirliyinin açıqlamasındandır.
“Bu mövqe dağıdıcı rol oynayır və bölgədəki sabitliyi pozmağa hesablanıb. Suriya İranı dəstəkləyir və daim onun yanındadır”, - açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran xalqının bir neçə gündür qəddar və korrupsiyalaşmış hökumətə qarşı kütləvi aksiyalar keçirdiyini yazmışdı. Bundan əvvəl isə ABŞ prezidenti bildirmişdi ki, İrandakı kütləvi aksiyalar təsadüfi deyil və ölkədə dəyişikliyin vaxtı çatıb.