Suriyada Rusiya-İran döyüşü davam edir: Nə baş verir?

Baxış sayı:
5782

Suriya Ordusundakı daxili silahlı qarşıdurma İdlib-Hama arasındakı Gab bölgəsində son bir aydır şiddətlənib. Rusiya dəstəkli general Süheyl Həsənə bağlı 5-ci diviziyanın qüvvələri gücünü İrandan alan 4-ci diviziya arasında qarşıdurmalar davam edir. Mənbələrə görə, bölünmüş ordudakı güc mübarizəsi daha qanlı bir prosesə yol aça bilər.
 
 Xamanın Sahlel Gab bölgəsində 16 yanvarda başlayan və Suriya ordusuna bağlı 4-cü və 5-ci diviziya arasındakı toqquşmalarda 100-dən çox əsgər ölüb. “Yeni Şəfəq” qəzetinə prosesləri dəyərləndirən Suriyalı deputat Əbu Nidal, qarşıdurmanın fonunda Rusiyanın və İranın müqəssir olduğunu deyib.
Hazırda Əsədə yaxın şəxslər arasında yer alan Suriyalı millət vəkili münaqişələrin 1 ildən artıq müddətdir ki, müxtəlif bölgələrdə davam etdiyini deyib və bu məlumatları verib: "Hazırda bir-biri ilə toqquşan qruplardan Pələng Gücü general Süheyl Həsənə bağlıdır və bu qrupa, 5-ci diviziyaya təlim, silah və sursat dəstəyi Rusiya tərəfindən verilir. Digər tərəfdə isə Mahir Əsədin (Bəşər Əsədin qardaşı) Respublika Mühafizəçiləri, 4-cü diviziya var. Bu diviziya isə bütün dəstəyini İrandan alır".
 
GÜC MÜBARİZƏSİ VAR
 
Dəməşq, Dəraa və Deyrizorda təxminən bir ildir ki, qruplar arası qarşıdurma baş verir. Rusiya 2018-ci ilin əvvəlindən etibarən Süheyl Həsənə xüsusi maraq göstərir və general Süheyl Lazkiyedəki Himeymim Bazasında qalır. Ordu daxilində baş verən qarşıdurmaların çölə sızmaması üçün böyük səy sərf edilir və hadisələr region mübadiləsi mövzusundakı münaqişələr şəklində təqdim olunur. Ancaq gerçək səbəb İran və Rusiyanın meydançadakı güc mübarizəsindən başqa bir şey deyil və bu vəziyyət hər keçən gün daha çox qabarıq hala gəlir".
 
BİR İLDİR DAVAM EDİR
 
 Rusya 2018-ci ilin əvvəlində Lazkiyədə Mahir Əsədə bağlı əsas şəxslərdən olan Cabir el-Əsədə qarşı əməliyyat keçirərək onu oyundan çıxardı. Mahir Əsəd ölkənin ən kritik hərbi birliyi olan Respublika Mühafizəçilərinin başındadır və Dəməşqdə Bəşər Əsədin varlığı qədər İran üçün də həyati əhəmiyyətə malik bir şəxsdir. Digər tərəfdən, Əsədin varisi olma xüsusiyyəti daşıyır. Süheyl Həsən isə Suriyanın ən mühüm Hərbi Kəşfiyyat qurumu olan Hava Ceviyye tərəfindən yetişdirilən bir hava qüvvələri generalıdır. Rusiyanın sahədə İran qədər fəal hərbi gücü yoxdur. Bu vəziyyəti Süheyl Həsənlə tarazlaşdırmağa çalışır. Bir ildir davam edən münaqişələrdə Liva əl-Qüds də (İran dəstəkli Şiə qrup) Mahir Əsəd qüvvələrinə açıq dəstək verərək İranın mövqeyini itirməməsi naminə səy sərf edir. Son bir ayda Sahlel Gab və Dəməşq mərkəzində baş verən ordu daxili toqquşmalarda 170 nəfər ölüb".
Müxalifət.az