Suriya müxalifəti, Tehran bəyannaməsinə qarşı bir bəyanat verdi

Baxış sayı:
5872

Suriya İdlib Qurtuluş Hökuməti, 12 maddəlik Tehran bəyannaməsinə qarşı, bir bəyanat verib.
 
Suriya İdlib Qurtuluş Hökumətinin Parlament sədri Besa Sahyuninin açıqladığı bəyanatda, Rusiya və Əsəd rejiminin bombardmanı davam etdiyi müddətcə, silahlı mübarizənin də davam edəcəyi bildirilib.
Dinc nümayişlərin də davam edəcəyinin qeyd olunduğu bəyanatda, silahlı qrupların dəstəklənəcəyi ifadə edilib.
Bəyanatda, müxalifətin humanitar böhranın həlli üçün diplomatik kanallarla aparılan səylərin davam etdirilməsi tərəfdarı olduqları qeyd edilib və İdlibə keçiriləcək mümkün əməliyyat üçün də təcili komissiya yaradılmasına qərar verilib.
Müxalifət.az