Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Baxış sayı:
5416

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.