SƏUDİYYƏNİN DAHA BİR CİNAYƏTİ ORTAYA ÇIXDI

Baxış sayı:
5086

ABŞ-ın Nyu-York şəhərindəki Hudson çayında keçən həftə tapılan cəsədlərin, Səudiyyə Ərəbistanı vətəndaşı iki bacıya aid olması Qaşıqçı cinayətini ağıllara gətirdi. Səudiyyə Ərəbistanı vətəndaşı iki bacının intihar etdiyi irəli sürülsə də, cinayətə qurban getmiş ola biləcəyi iddia edilir.
 
Nyu-York Polis Departamentindən verilən məlumata əsasən, ötən həftə çərşənbə günü Hudson çayında bədənləri bir-birinə bağlanmış şəkildə olan qadın cəsədlərinin, Virciniya ştatına bağlı Fairfax bölgəsində yaşayan Tala (16) və Rotana (22) Farea bacılarına aid olduğu müəyyənləşdirilib.
Gənc qadınların ölüm səbəbinin Ədliyyə Tibb rəyi ilə bəlli olacağı qeyd edilib. ABŞ mətbuatındakı bəzi xəbərlərdə, Farea bacılarının Nyu-York və Nyu-Cersi əyalətlərini bir-birinə bağlayan Corc Vaşinqton körpüsündən atılaraq öldürüldüyü irəli sürülüb.
 
Məskunlaşmaq üçün gəliblər
 
Digər tərəfdən, ailəyə yaxın mənbələr, Farea bacılarının atalarının Nyu-Yorka gəlib və Səudiyyə Ərəbistanının New York Baş Konsulluğunun məsələ haqqında məlumatlandırıldığını qeyd edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində yaşayan bacıların, analarının yanına köçmək üçün ABŞ-a gəldiyi bildirilib.
Bacıların cəsədləri, Hudson çayının New York sahilinə çıxdığı üçün, bunu görən yoldan keçənlər bu haqda polisə məlumat vermişlər.
Müxalifət.az