Səudiyyədən “Türkiyə” açıqlaması: Onları təhvil verməyəcəyik!

Baxış sayı:
5650

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətində adı keçən Səudiyyə vətəndaşlar üçün ekstradisiya tələb edən Türkiyəyə mənfi cavab verib.
 
“AFP” agentliyinin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Türkiyənin Qaşıqçı cinayətində adı keçən Səudiyyə vətəndaşları haqqındakı ekstradisiya tələbini rədd edib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil El-Cubeyr jurnalist Camal Qaşıqçı qətlində adı keçən 2 şübhəlinin Türkiyəyə ekstradisiya edilməyəcəyini açıqlayıb.
 
 Ekstradisiya olunmayacaqdır
 
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Qaşıqçının qətlilə əlaqədar keçmiş Səudiyyə Kəşfiyyatının başçısının müavini Əhməd el-Asiri və vəliəhd şahzaənin keçmiş müşaviri Səud el-Kahtani haqqında yaxalama qərarı çıxarılmışdı. Mətbuat konfransı keçirən Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil El-Cubeyr yaxalama qərarı haqqında açıqlama verib.
El-Cubeyr jurnalist Camal Qaşıqçı qətlində adı keçən 2 şübhəlinin Türkiyəyə ekstradisiya edilməyəcəyini açıqlayıb. Bununla da Səudiyyənin XİN rəhbəri Qaşıqçı cinayətinin araşdırılmasının beynəlxalq istintaq yolunu açmış olub.
Müxalifət.az