Səudiyyə şahzadəsi dünyanın ən varlı adamının intim görüntülərini ələ keçirib yaydı - Məhəmməd bin Salman Ceff Bezosa virus göndərib...

Baxış sayı:
2387

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin sahibi olan Ceff Bezosun boşanmasına və keçmiş arvadına rekord həcmdə -33 milyard dollar təzminat ödəməsinə səbəb olan qalmaqalın səbəbkarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, ölkənin faktiki hökmdarı Məhəmməd bin Salmandır.

Bu barədə “The Guardian” yazıb. Qəzetə məlumat verən mənbələr bildiriblər ki, Ceff Bezosun smartfonunun sındırılması və onun telefonundan böyük həcmdə şəxsi məlumatların, o cümlədən rəfiqəsi ilə intim görüntülərinin ələ keçirilməsi onun Məhəmməd bin Salmanla 2018-ci ilin yazında şəxsi yazışmasından sonra baş verib.

Milyarderin vəkili şahzadə Salmanın hakerlərinin onun müştərisinə zərər vurmaq niyyətini bununla əsaslandırıb ki, Ceff Bezosun sahibi olduğu “The Washington Post” qəzeti o zaman jurnalist Camal Xaşouqinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülərək cəsədinin doğranılması qalmaqalını fəal şəkildə işıqlandırırdı. Və həmin qətlin arxasında Məhəmməd bin Salmanın olduğunu yazırdı.

Mənbələr deyiblər ki, 2018-ci ilin yazında Ceff Bezosla Məhəmməd bin Salman arasında internet üzərindən “dostcasına yazışma” olub. Bu zaman şahzadə milyarderə videofayl göndərib. Həmin videofayl əslində proqram-virus idi və Bezos faylı açan kimi virus avtomatik olaraq onun smartfonuna yüklənib. Və daha sonra milyarderin smartfonundan böyük həcmdə şəxsi məlumatları ələ keçirərək ötürüb.

Bir müddət sonra Bezosun intim görüntüləri internetə sızdırılıb. Məlum olub ki, 55 yaşlı multimilyarder Latın Amerikasından olan teleaparıcı Loren Sançeslə sevgilidir. Bezosun arvadı və onunla birlikdə “Amazon” şirkətini quranlardan olan Makkenzi Bezos dərhal boşanma iddiası qaldırıb. Bezosun 26 ildir birgə nigahda olduğu arvadı ilə boşanma prosesi 2019-cu ildə onun 116 milyard dollarlıq sərvətinin təxminən üçdə birini itirməsi ilə nəticələnib. Və Bezos sevgilisi ilə evlənib.

Qəzetin yazdığına görə, Ceff Bezosun smartfonunun sındırılmasını araşdıran kibertəhlükəsizlik ekspertləri zərərli faylın ona məhz Məhəmməd bin Salmanın telefonundan göndərildiyini sübuta yetiriblər.

Həmin virusun ələ keçirdiyi məlumatlar arasında Bezosun sevgilisi ilə intim yazışmaları və ona göndərdiyi çılpaq görüntüləri də yer alırdı./virtualaz.org/