Səudiyyə Ərəbistanına bombalı hücum

Baxış sayı:
2524

Səudiyyə Ərəbistanının Qızılda sahilindəki Cazan limanına Husilər tərəfindən məsafədən idarə olunan katerlə hücum cəhdi göstərilib.
 
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin sözçüsü Turku Malikinin verdiyi açıqlamaya görə, Husilərin Cazan limanını hədəfə alan bomba yüklü iki kiçik hərbi katerlə hücum cəhdi Səudiyyə Ərəbistanı Kral Dəniz Qüvvələri tərəfindən əngəllənib.
Hücum cəhdinin bazar günü keçirildiyi, istifadə edilən bomba yüklü katerlərin məsafədən idarə olunduğu qeyd edilib.
Maliki, hücum cəhdinin kiçik miqyaslı dağıntıya səbəb olduğunu deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının 2015-dən bu yana Yəməndəki Husilərə qarşı apardığı hərbi əməliyyatlara cavab olaraq Husilər, Səudiyyə torpaqlarına balistik raket hücumlarından tutmuş müxtəlif hücumlar həyata keçirirlər.
Müxalifət.az