Səudiyyə prokurorunun cavab vermədiyi 2 sual

Baxış sayı:
4297

Qaşıqçı qətlini araşdırmaq üçün Türkiyəyə gələn baş prokuror Səud əl Mucebin, İstanbulun baş prokuroru İrfan Fidan ilə görüşündə soruşulan 2 kritik suala cavab vermədiyi üzə çıxıb.
 
İSRARLA TELEFONU İSTƏDİ
 
Səudiyyənin baş prokurorun Qaşıqçı-nın telefonunu istədiyi, beləliklə, kimlərlə və nə qədər müddət görüşdüyü məlumatını əldə etməyə çalışdığı bildirilir. İstanbulun baş prokuroru İrfan Fidanı iki dəfərə ziyarət edən Səudiyyəli prokuror hər iki dəfə israrla Qaşıqçı-nın cib telefonunu istəyən Səud əl Mucebin bu davranışı Türk tərəfini narahat edib.
 
2 SUALA CAVAB VERMƏDİ
 
Görüşün məlum olmayan təfərrüatlarını “Hürriyyət” qəzetindəki köşəsində qeyd edən Əbdülqadir Selvi, Səudiyyə prokurorunun, "Qaşıqçı qətlinin əvvəlcədən planlaşdırdığını açıqladınız. Bəs sizcə, cinayəti kim planlaşdırıb" sualına cavab vermədiyini açıqlayıb.
Selvi, bunları yazıb:
“Bundan sonra baş prokuror Səud əl Mucebə, Qaşıqçı cinayətinə dair iki sual verilib.
1- Bir yerli işbirlikçidən bəhs etdiniz. Bu yerli işbirlikçi kimdir?
2- Qaşıqçı-nın cəsədi hara basdırılıb?
 
CƏSƏD HARADADIR?
 
Bu cinayətin əvvəlcədən planlaşdırıldığı bəyanatı da yenə Səudiyyənin baş prokuror tərəfindən verilmişdi. Bəs bu cinayətin cəsədi haradadır? Səudiyyə Ərəbistanında həbsdə olan 18 nəfər ilə baş konsul Məhəmməd əl Uteybinin cəsədin yeri mövzusunda məlumat sahibi olduğu anlaşılır. Bunlar sorğularında cəsədin hara basdırıldığını etiraf etmədilərmi? Bəs baş prokuror meyitin yeri barədə məlumatı Türk həmkarlarından niyə gizlətdi?
Çünki baş prokuror cinayəti açmağa deyil, istintaqı xətm edib, vəliəhd şahzadəni xilas etməyə çalışır."
Müxalifət.az