Səudiyyə məhkəməsindən diqqət çəkən zamanlama: Qaşıqçı cinayəti

Baxış sayı:
6067

Səudiyyə Ərəbistanının rəsmi agentliyi “SPA”-da yer alan xəbərə görə, ədliyyə naziri və Ali Məhkəmə Şurasının sədri Vəlid bin Məhəmməd es-Samani işlərə baxılarkən obyektiv mühakimə prinsiplərinin inkişaf etdirilməsi üçün bir sərəncam verib.
 
Qərara görə, məhkəmələrdə şübhə halında bir cəzanın tətbiq olunmayacağı, müqəssirin ya günahkar olacağı və ya sərbəst buraxılacağı ifadə edilib.
Bu qərarın ölkədə ədalətin bərqərar olması prosesində tarixi bir dönüş olduğu və müqəssirin təqsirli olması və ya günahı sübut olunmasa, sərbəst buraxılması arasında bir tarazlıq təşkil edəcəyi qeyd edilib.
 
ZAMANLAMA DİQQƏT ÇƏKDİ
 
Ali Məhkəmə Şurasının sözügedən qərarının Qaşıqçı işinin ilk məhkəmə iclasının keçirildiyi gün alınması isə diqqəti çəkir.
 
5 MÜTTƏHİM HAQQINDA EDAM TƏLƏB EDİLMİŞDİ
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Qaşıqçının məhkəməsində beşi edam tələbi olmaqla, 11 müttəhimin mühakiməsinə bu gün başlanmışdı.
İlk iclasda 11 müttəhimin beşi haqqında edam tələb edilmişdi.
Müxalifət.az