​Səudiyyə bombaladı: Saməd öldü, 3 günlük matəm elan edildi

Baxış sayı:
3175

Yəməndə husilər tərəfindən qurulan Yüksək Siyasi Şuranın sədri və husilərin siyasi lideri Saleh əl-Saməd öldürülüb.
Muxalifet.az xəbər verir ki, onun Səudiyyə Ərəbistanının hava hücumu zamanı öldüyü bildirilib.
Husilərin nəzarətindəki bölgələrdə 3 günlük matəm elan edilib. Samədin yerinə Mehdi əl-Məşhədin keçəcəyi gözlənilir.