Sudanlı alim İsraili qarışdırdı

Baxış sayı:
8386

Sudanlı Dr. Fatih Əli Hasaneyn Məhəmməd Şərif Sudan hadisələrinin arxasında İsrailin olduğunu deyib.
 
Dr. Fatih Əli Hasaneyn Məhəmməd Şərif müalicə olunduğu xəstəxanada açıqlamalar verib. Bosniya Və Herseqovinanın əfsanə lideri Aliyə İzzət Bekoviçin yol dostu və məsləhətçisi Hasaneyn, ölkəsində çıxan hadisələrin iqtisadi deyil, siyasi səbəblərə əsaslandığını ifadə edib.
 
“FUR CAMAATI” LİDERİNİN İSRAİLDƏ OFİSİ VAR
 
 Hadisələrin arxasında İsrailin olduğunu bildirən Hasaneyn, bunları qeyd edib: "Bu hadisələrin arxasında 3-4 camaat var. Bunlardan ən əhəmiyyətlisi də "Fur Camaatı"dır. Bu etirazları çıxaranlar “Fur camaatı”ndandır. Bu camaatın başında da Əbdulvahid adında biri var. Bu adamın ofisi də elə İsraildədir. Bu icmaların özlərinə aid bir dilləri var.
 
ƏMRLƏR GƏLƏNDƏ BİRLİKDƏ HƏYATA KEÇİRİRLƏR
 
 Quranı Kərimi bu dilə tərcümə edib, namazları və Quranı bu dildə oxutmaq istəyən bir adam idi. Bu xalqın nümayəndələri Sudanda çalışan işçi qrupudur. Əmrlər gələndə hamısı birlikdə hərəkət edirək həyata keçirirlər. İsraildə bəzi şəxslər “Fur” xalqını itkin düşmüş 13-ci Yəhudi Qəbiləsi kimi qəbul edir. Bu səbəbdən də onlara dəstək verir".
Müxalifət.az