​Sərkisyan ailəsini də götürüb, kəndə köçdü

Baxış sayı:
5860

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bu ilin yazında ona verilmiş hökumət iqamətgahını tərk edib.
Muxalifet.az xəbər verir ki, iqamətgahın açarlarını təhvil verən Sərkisyan öz ailə üzvləri ilə birlikdə kəndə köçüb.
Eks-prezidentin ofisinin rəhbəri Nairi Petrosyan deyib ki, S.Sərkisyan Kotayk vilayətinin Dzoraxbyur kəndinə köç edib. Sərkisyan bu kənddə onun kürəkəni Mikael Minasyana məxsus olan evdə yaşayacaq.