Sərhədi keçən avtomobillərin sayı artıb: SƏBƏB NƏDİR?
28-11-2019 13:33
Baxış sayı:
3577

Bu ilin 10 ayında gömrük sərhəd buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayında ötən ilin müvafiq dövrünə nisbətən 639 min 439 artım olub.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda jurnalistlər üçün keçirilən təlimdə deyib.
O bildirib ki, artıma səbəb "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinin tətbiqidir. Belə ki, keçən ilin yanvar-oktyabr aylarında 1 milyon 265 min 563 nəqliyyat vasitəsi sərhəd buraxılış məntəqəsindən keçib.
Cari ilin 10 ayında isə bu rəqəm 1 milyon 905 min 2 olub.