​SON DƏQİQƏ: PKK-nın yüksək vəzifəli şəxsi saxlanıldı - FOTO

Baxış sayı:
4648

PKK-nın yüksək vəzifəli üzvlərindən Davud Bagestani saxlanılıb. Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun üç nəfərlə birlikdə Adana şəhərində polis tərəfindən saxlanıldığı bildirilir. Bagestaninin saxlanıldığı yerdə ona aid 6 mobil telefon və elektron avadanlıqlar aşkarlanaraq götürülüb. Qeyd edək ki, D.Bagestaninin Adana və Mərsin şəhərlərində “Canbulut Turgay” adlı saxta adla təşkilat üçün işlədiyi bildirilir. O həmçinin İsrail-Kürd İnstitutunun rəhbəridir. İsraildə nəşr etdiyi jurnallarda təşkilatın təbliğatını aparıb. Hazırda D.Bagestani və onunla birlikdə saxlanılan üç nəfər ifadə verirlər.