SON DƏQİQƏ! Masazırda oğlan sevdiyi qıza görə intihara cəhd edir - VİDEO / YENİLƏNİB
17-09-2022 10:23
Baxış sayı:
3356

Abşeronda gəncin intihara cəhd etməsinin səbəbi məlum olub.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbi ilə intihara cəhd etdiyi iddia olunur.
Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Sevdiyi qızın xəyanətini qəbul edə bilməyən gəncin kranın üzərindən enməsi üçün hazırda danışıqlar aparılır.
***10:05
Abşeronda bir nəfər intihara cəhd edir.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, görüntülər Abşeron rayonunun, Masazır qəsəbəsində lentə alınıb.
Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını deyib.