SON DƏQİQƏ: Bakıda fahişəxanalar işlədən məşhur Haşımova TUTULDU

Baxış sayı:
7990

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda olan N.Haşımova saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxs qadınları fahişəliyə cəlb etməklə məşhurdur.