Şok: Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı... - 10 MİLYON DOLLAR TƏLƏB EDİLDİ
3-10-2022 12:56
Baxış sayı:
1981

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Məlumata görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.