Siyasi partiyalar, ictimai təşkilatlar Azərbaycan və Türkiyə prezidentlərinə müraciət etdi

Baxış sayı:
2671

Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana
Azərbaycan Respublikasında fəaliyyət göstərən
ictimai-siyasi təşkilatların
M Ü R A C İ Ə T İ

Cənab Prezident!
Türkiyə və Azərbaycan yalnız qardaş, dost dövlətlər deyil həm də eyni milli-mənəvi, mədəni və genetik köklərə malik millətin qurduğu dövlətlərdir. “Bir millət iki dövlət” deyimi də məhz buradan qaynaqlanır. Elə buna görədə hər iki dövlətimizin hədəfləri ortaq, xarici siyasəti ortaq, dost və düşmənlərimiz də eynidir. Dövlətlərimizi gözü götürməyən, millətimizin layiq olduğu qüdrətə sahib olmasını istəməyən, hər sahədə düşmənçilikdən əl çəkməyən bəzi güclər hər iki dövlətimizə qarşı eyni mövqedən çıxış edir, milli və dövlət maraqlarımızın zərərinə davamlı fəaliyyət göstərirlər. Düşmənlər Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti dövlətinə qarşı daim hücum edir, strateji maraqlarımıza qarşıdırlar.
Tarixi torpaqlarımızda türk düşmənləri tərəfindən yaradılan Ermənistan dövləti bizim coğrafi bütövlüyümüzü pozmaqla yanaşı Cənubi Qafqazda sabitliyi və sülhü pozan faktora çevrilmişdir. Sovetlər Birliyinin dağılmasını fürsət bilən, məkirli güclərin himayəsi ilə Azərbaycan ərasinin 20 faiz işğal etmiş təcavükar Ermənistan hakimiyyəti beynəlxalq birliyin qənaətbəxş olmayan fəaliyyətindən yaralanaraq digər ərazilərimizi də işğal təhdidi altında saxlayır. Xüsusilə son vaxtlar ölkəmizin Tovuz bölgəsinə Ermənistan silahlı qüvvələrinin hücumu bu təhdidlərin əsassız olmadığını bir daha ortaya qoydu.
Belə bir şəraitdə Türkiyə Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olması millətimiz tərəfindən böyük coşğu və sevgilə qarşılandı. Heç bir hərbi-siyasi blokda təmsil olunmayan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanla müharibə şəraitində olan Azərbaycan dövləti üçün bu addım həyati əhəmiyyət daşıyır. Üzun illər təcavükar Ermənistan və arxalandığı havadarlarla qeyri-bərabər və ədalətsiz münaqişəyə cəlb edilən, ərazi itkisinə məruz qalan, bir milyondan artıq əhalisi qaçqın vəziyyətinə düşən Azərbaycanın qardaş Türkiyə dövləti ilə hərbi-siyasi əməkdaşlığının davamlı olması tarixi zərurətə cevrilmişdir.
Hörmətli cənab Prezident!
Azərbaycanda olan Türkiyə silahlı qüvvələrinin qalıcı olmasını millətimiz üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edir, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının ən yüksək səviyyəyə qaldırılmasını və iki qardaş dövlət arasında hərbi-siyasi blokun yaradılmasını zəruri hesab edirik.
Azərbaycan üçün belə ağır tarixi dönəmdə verdiyiniz açıq, mənəvi, hərbi-siyasi dəstəyə görə sizə və qardaş türk xalqına dərin təşəkkürümüzü bildirir, türk silahlı qüvvələrinin Azərbaycanda davamlı mövudluğunun təmin olunması üçün real addımlar atmanızı xahiş edirik.
1. Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Sədri: Qələndər Muxtarlı
2. Azərbaycan Demokratiya və Rifah Hərəkatının Sədri Qubad İbadoğlu
3. Demoratik Dəyişim Platformasının Sədri Əli Mustafa
4.Azərbaycan Xalq Hərəkatının Sədri İlyas Abdullayev
5. Azərbaycan Liberal Demokrat Partiyası Fuad Əliyev
6. Azərbaycan Əfqan Döyüşçüləri Cəmiyyəti Cavanşir Osmanlı
7. Kəlbəcərə Qayıdış Birliyi Abışov Ramiz
8. İrəvan Azadlıq Təşkilatı Təbriz Musayev
9. Laçına Qayıdış Cəmiyyəti İlqar Mahmud
10. Bütöv Azərbaycan Ocaqları Paşa Həsənli
11. Azad Azərbaycan Partiyası Həsən bəy
12. Gənc Aydınlar Hərəkatı Aqil Səmədbəyi
13. Qlobal İnteqrasiya və Dialoq Təşkilatı Yasəmən Qaraqoyunlu
14. Qarabağa Qayıdış İctimai Birliyi Vaqif İsmayılov