​Seul və Vaşinqton qərar verdi: Olimpiada zamanı...

Baxış sayı:
1078

ABŞ və Cənubi Koreya Pxençxanda keçiriləcək qış Olimpiya oyunları zamanı birgə hərbi-dəniz təlimlərini təxirə salmaq barədə razılığa gəliblər.
Muxalifet.az xəbər verir ki, müvafiq razılaşma Prezident Donald Trampın cənubi koreyalı həmkarı Mun Çe-in arasında telefon danışığının yekununda əldə olunub.
Təlimlərin təxirə salınması təklif Seuldan gəlib. Tramp buna müsbət yanaşıb və qeyd edib ki, Mun Çe-in Şimali Koreya tərəfini Olimpiada vaxtı təlimlər keçirilməyəcəyi barədə məlumatlandıra bilər. ABŞ lideri, həmçinin şimal və cənub arasında dialoqu tam dəstəklədiyini, bu məsələdə lazımi kömək göstərməyə hazır olduğunu söyləyib.
Xatırladaq ki, Cənubi Koreya və KXDR çərşənbə günü Pxanmuncomda demilitarizasiya edilmiş zonada xüsusi rabitə xəttini bərpa ediblər. Beləliklə, Seul və Pxenyanın Şimali Koreya komandasının qış Olimpiadasında mümkün iştirakı barədə danışıqlara başlaması gözlənilir.