Seçkilərdə ciddi qanun pozuntusu yoxdur - Bernaçkaya

Baxış sayı:
2524

Ukraynada prezident seçkilərində ciddi qanun pozuntusu qeydə alınmayıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının katibi Natalya Bernaçkaya bildirib.
"Səsvermə zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Azsaylı hallar var, amma onlar istənilən səsvermə və istənilən seçki kampaniyası üçün xarakterikdir", - deyə Bernaçkaya bildirib.
O, qeyd edib ki, bəzi seçicilərin özlərinin səsvermələrinin fotosunu çəkmələri, həmçinin digər azsaylı hallar mövcuddur.