Əsəd rejimi YPG/PKK-ya qarşı əməliyyata başladı

Baxış sayı:
7618

 Rusiyanın hava dəstəyini alan Əsəd rejimi terror təşkilatı YPG verdiyi torpaqları geri qaytarmaq üçün düyməyə basıb. Tabkanın cənub-qərbinə Suriya ordusu tərəfindən əməliyyat başlanılıb.
 
Terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD ABŞ rəhbərliyi altındakı koalisiyanın hava dəstəyi ilə Rakkanın Tabka rayonundakı Tabka Bəndinin nəzarətini 3 il əvvəl ələ keçirmişdi.
Terror təşkilatı YPG/PKK-ya qoşulan Amerikalı və İngilis terrorçuların bənddə üzərkən çəkdikləri fotoşəkil təpkiyə səbəb olmuşdu.
 
Əsəd əməliyyata başladı
 
 YPG/PKK-lı terrorçuların nəzarətində olan Tabkanın cənub-qərbinə Suriya ordusu tərəfindən əməliyyat başlanılıb.
 
Rusiya havadan dəstək verib
 
 Əməliyyatda Suriya ordusunun üç kilometrlik bir irəliləyişlə Baban və Şaeb əl Zukr bölgələrini YPG terrorçularından aldığı qeyd olunub.
Hücum zamanı Suriya ordusuna Rusiya havadan dəstək verib. Bu zaman ABŞ-a məxsus təyyarələr təcavüz uçuşu keçirsə də təsirli olmayıb. ABŞ-ın Rusiyanın quru və hava hərəkatından qorxduğu ifadə edilib.
Müxalifət.az