​SƏBAİL “KRALI”NIN “GÜLÜSTANDA” ƏRƏB ŞEYXLƏRİ SAYAĞI TOY ETMƏSİ… - Eldar Sabiroğlu yazır

Baxış sayı:
3733

Vüqar Zeynalovun bu hərəkəti ilə göstərir ki, toxunulmazdır və arxasında elə bir qüvvə dayanıb ki, heç kəs ona dəyib-dolaşa bilməz…
İndicə sosial şəbəkələrdə bir toy məclisindən görüntüləri  gördüm. İnanın, təpəmdən tüstü çıxardı. Toy “Gülüstan” sarayında olub. Əvvəlcə inanmadım, dedim yəqin Səudiyyə şahlarından hansısa birinin oğlunun toy mərasimidir. Burada adətən övlad şənliklərini, toylarını və digər mərasimləri daxili və xarici qızıldan hörülmüş saraylarda keçirərlər. Yox, sən demə, bu möhtəşəm, sözün əsl mənasında göz qamaşdıran toy məclisi  Bakının Səbail rayonunun başçısı "KRAL" Vüqar Zeynalovun oğlunun imiş.
Dəhşət!!! Bu adam görün necə və hansı var-dövlətə sahibdir ki, oğlu üçün bu cür dəmli-dəstgahlı bir toy qurub. İkincisi və ən əsası, Səbail "Kralı" bu hərəkəti ilə göstərir ki, toxunulmazdır və arxasında elə bir qüvvə dayanıb ki, heç kəs ona dəyib-dolaşa bilməz. Buna da Heydər Əliyevin oğlu İlham Əliyev deyərlər. Lazımi səviyyədə çatdırılarsa, vay sənin halına, Zeynalov!!! Unutma ki, sən bu yaramaz hərəkətinlə birbaşa Prezidentin  fəaliyyətinə zərbə vurmusan. Çətin ki, səni bağışlaya!!! Heç olmazsa “Gülüstan” sarayında səndən hörmətli və nüfuzlu dövlət məmurlarının övladları üçün təşkil etdikləri toy mərasimlərini yadına salaydın. Əsl nümunə!!! Prezident İlham Əliyevin çox sadə və təmtəraqdan uzaq qız övladına “Gülüstan”da keçirdiyi toya baxıb da belə qələti qırmamalıydın.
Dövlət başçısının bu cür harınlara qarşı qəzəbləndiyini xatırlamaq kifayətdir ki, başçı buna görə öz cəzasını alacaq.
Eldar SABİROĞLU
Sabiq millət vəkili