“Sarı Jiletlilər” tərəddüd edir: İkiyə bölündülər

Baxış sayı:
6301

Fransa prezidenti Emmanuel Makron, "Sarı Jiletlilər"in aksiyaları barədə uzun sürən səssizliyini pozaraq Fransa xalqına müraciət edib. Makronun minimum maaş artımları və vergilər mövzusunda həyata keçiriləcək yeniliklərə yönəlik açıqlamalarını və təkliflərini məqbul saymayan "Sarı Jiletlilər"in bir qismi etirazlara davam edəcəklərini açıqlayıb.
 
“QƏRARLAR 3 HƏFTƏ ƏVVƏL VERİLMƏLİ İDİ"

"Sarı Jiletlilər"in bəziləri aksiyaya davam edəcəklərini, hətta etirazların daha böyüyəcəyini iddia edərkən, bəziləri "Aksiyaya ara verəcəyik" deyib. Bir nümayişçi isə verdiyi açıqlamada, "Makronun bu qərarları 3 həftə əvvəl verməsi lazım idi. Gecikdi. Biz artıq daha əhəmiyyətli qərarlar istəyirik. Aksiyaya davam edəcəyəm" deyib.
Müxalifət.az