Samir Sadıqovla Fardis Rezvani ABŞ-da dünyanın ən güclü “tankını” hazırladı, mübahisə yarandı - FOTOLAR

Baxış sayı:
7181

ABŞ-da “Rezvani Motors” şirkəti “Tank” adlı yeni cip istehsalına başladığını elan edib. Şirkətin rəhbəri İran əsilli Ferdovsi (Fardis ) Rezvanidir, “Tank”ı dizayn edən isə azərbaycanlı dizayner Samir Sadıqovdur.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, avtomobil nəşrlərinin yazdığına görə söhbət dünyanın seriya istehsalı təşkil olunan ən güclü cipindən gedir. Avtomobilin 6.2 litrlik mühərriki 1013 at gücü yığır, “Tank” atletik dizayna, dəbdəbəli salona malikdir və gündəlik idarəetmək üçün yararlıdır. Lakin avtomobil mütəxəssisləri bildirirlər ki, “Rezvani Motors” əslində “Jeep Wrangler JL” avtomobilinin əsasında yığılıb və və şirkət əslində “oğurluq” edib.

“Tank” dörd versiyada buraxılır. Bura 155 min dollar qiyməti olan “Tank”, 295 min dollarlıq “Tank Military Edition”, 349 min dollarlıq “Tank X” və nəhayət “Tank X Military Edition” daxildir.

Mütəxəssislər qeyd edirlər ki, əslində “Tank” və “Wrangler JL” eyni avtomobildir, sadəcə kuzovu fərqlidir. Hərçənd kuzovun dizaynına görə azərbaycanlı dizaynerin əməyini yüksək qiymətləndirirlər.

“Rezvani Tank” ilk modelini 2017-ci ildə internetdə nümayiş etdirib və dərhal aydın olub ki, avtomobil üçüncü nəsil “Jeep Wrangler”in “surətidir”.

Samir Sadıqov deyir ki, kuzovun dizaynı zamanı hərbi texnikadan ilham alıb. “Rezvani Motors”un şefi Fardis Rezvaniyə də militarizm yad deyil, onun atası İranda qırıcı təyyarə pilotu olub.